1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xorvatiya AVRO-2016-dan qovula bilər
Xorvatiyalı azarkeşlərin AVRO-2016-da Çexiya ilə matçda etdiyi xoşagəlməz hərəkətlər pis fəsadlarla nəticələnə bilər. Sportnet.az-ın məlumatına görə, bu ölkənin fanatları matçda tribunalarda çıxardığı olaylarla milli komandalarının başını bəlaya salıblar.
Bəzi xorvatiyalı azarkeşlər millinin heyəti müəyyənləşdirilərkən, Zaqreb "Dinamo"sunun futbolçularına ayrıseçkilik edildiyi iddiası ilə AVRO-2016-dakı bütün matçlarda yığmanı boykot edir. Onlar bunu Çexiya ilə görüşün son dəqiqələrində meydana atılan fişənglərlə nümayiş etdiriblər və nəticədə digər xorvat azarkeşlərlə qarşıdurma yaranıb. Həmin vaxt oyun 5 dəqiqə dayandırılıb.
Xorvatiya millisinin liderlərindən olan İvan Rakitiç buna görə UEFA-nın onlara hətta turnirdən kənarlaşdırma cəzasını verə biləcəyini söyləyib: "İspaniya ilə matçı oynayıb-oynamayacağımızı bilmirik. Bəlkə yaşanan bu olaylara görə UEFA bizi turnirdən kənarlaşdırdı. Tərəfdarlarımız bizləri və komandanı çox sevirlər. Amma bəziləri futbol oynamağımızı əngəlləyir".
Yığmanın baş məşqçisi Ante Çaçiç daha sərt danışıb: "Bu, əsl terror aktı idi. Onlar Xorvatiya yığmasının azarkeşləri deyil, terrorçulardır. Biz bunu artıq Milanda görmüşük. Azarkeşlər o tribunada oturmağa layiq deyillər. Hər şeyi bərbad edirlər. Ən uzağı, 10 nəfərdən ibarət qrupdur. Ümid edirəm ki, onları cəzalandıracaqlar".
UEFA məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Bildirilir ki, oyunun baş hakimi və UEFA nümayəndəsinin rəsmi məruzəsindən sonra qitə futbol qurumunun Nizam-İntizam Komitəsi iyunun 18-də məsələyə baxacaq.