1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Simurq"un sabiq baş məşqçisi "Ronaldu problemi"ndən danışdı
"Simurq"un sabiq baş məşqçisi Sergey Yuran Portuqaliya milli komandasının AVRO-2016-da uğursuz çıxışından danışıb. Sportnet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis əsas problemi komandanın kapitan Kriştianu Ronaldudan asılılığında görür.
Yuranın fikrincə, portuqaliyalıların uğur qazanmaq şansı çox azdır: "Bu yığmaya sonda nəsə çatmır. Belə baxanda, pis komanda deyil, ancaq irəli gedə bilmir. Ola bilər ki, məsələ bəxtsizlikdədir. Qol imkanları yetərincədir, ancaq yarım imkan xoşbəxtlikdən yoxdur. Belə turnirlərdə bu, həlledici faktordur. Əvvəllər onlar hər vəziyyətdə Krştianu Ronaldu axtarırdılar. Portuqaliya yığmasının əsas problemi bax budur! Hər halda, futbolu 11 nəfər oynayır, 1 yox. Ronaldu nə qədər möhtəşəm futbolçu olsa da, hamı bu fikirdə olmamalıdır: "İndi biz Kriştianunu tapacağıq, o, həll edəcək!". Elə günlər də olur ki, hətta penaltidən qapıya düşə bilmirsən. Nəticədə qol vurmalı olduğun oyunda 0:0 hesabı alınır. Aydın məsələdir ki, Portuqaliya yığması qrupdan çıxmalıdır. Ancaq bu çempionatda ilk üçlük uğrunda mübarizə aparmaq ona çətin olacaq".