
"Qarabağ"ın bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Maltanın "Valletta" klubu ilə qarşılaşmasını ən azı 12 min azarkeş stadiondan izləyəcək. Bu barədə Sportnet.az-a Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov məlumat verib.
O, saat 16:00-a olan bilet satışının 12 min olduğunu bildirib. Matç saatına qədər daha çox biletin satılacağı gözlənilir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Valletta" matçı saat 21:30-da başlayacaq.









                 





    
    
    
    
    
    
    
    
    























































