İspaniya "Real Madrid”i Kolumbiya milli komandasının futbolçusu Xames Rodriqeslə münasibətlərini rəsmiləşdirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Monako”dan alınan 23 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb.
Rodriqes artıq tibbi müayinədən uğurla keçib. O, yeni komandasında 10 nömərli formanı geyinəcək. İspaniya mətbuatı "Real Madrid”in bu transferindən ötrü "Monako”ya 80 milyon avro ödəyəciyini, futbolçunun özünün isə ildə 7 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, Xames Rodriqes DÇ-2014-də 6 qolla ən yaxşı bombardir olub.