1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Samtredia"nın baş məşqçisi: "Qəbələ" orta səviyyəli komandadır"
"Qəbələ" barədə az məlumatlıyam. Bununla belə, komandanın ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə çıxdığını və Azərbaycan çempionatının bürünc mükafatçısı olduğunu bilirəm". Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Giya Tsetsadze şansları dəyərləndirərkən deyib.
Baş məşqçi yerli mətbuata açıqlamasında Azərbaycan təmsilçisi ilə görüşdə şansların bərabər olduğunu bildirib: "Nələrin baş verəcəyini görəcəyik. Düşünürəm ki, "Qəbələ" orta səviyyəli rəqibdir. Nə çox güclü, nə də çox zəifdir. Açığı, qrup mərhələsinə vəsiqə qazanma vəzifəmiz yoxdur. Şanslar 50/50-yədir. Amma məntiqlə tərəflərdən biri üstün olmalı, qalib gəlməlidir. Əlbəttə, Avropa Liqasında daha çox azarkeş qazanmaq üçün mübarizə aparacağıq və bacardığımız qədər yola davam edəcəyik".
Qeyd edək ki, "Qəbələ" - "Samtredia" maçtı iyunun 30-da Bakıda, cavab görüşü isə 1 həftə sonra Zestafoni şəhərindəki "David Abaşidze" stadionunda keçiriləcək.