2026-cı ildə futbol üzrə dünya çempionatının (DÇ-2026) keçirməyə daha bir namizəd müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, ABŞ da iddiaçılar sırasına qoşulub.
Bu ölkə hazırda keçirdiyi "Amerika Kuboku-2016"dan sonra rəsmi namizədliyini irəli sürəcək. Həmin yarış iyunun 26-da keçiriləcək Argentina - Çili finalı ilə yekunlaşacaq.
ABŞ əvvəl mundiala ev sahibliyi edib. Bu, 1994-cü ildə olub. Amerikalılar DÇ-2022-yə keçirmək üçün sifariş ərizəsini versələr də, sonda qalib olan Qətərə 4-cü turda uduzdular. Belə ki, Qətər 14, ABŞ 8 səs qazanıb.
Xatırladaq ki, DÇ-2026-nı keçirməyə Kanada, Meksika, Kolumbiya, Çin, İspaniya, Filippin, Hindistan namizəd sayılır.













































































