1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz" Kişinyovda oynayası olmadı
Gəncənin "Kəpəz" klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Daçiya"sı ilə keçirəcəyi cavab görüşünün stadionu dəyişdirilib. Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, iyulun 7-də baş tutacaq qarşılaşma Kişinyovun "Zimbru" stadionunda yox, paytaxtdan 33 km məsafədə yerləşən Speya rayonundakı eyniadlı stadionda olacaq.
Matç Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 8500 tamaşaçı tutumuna malik stadion "Daçiya"nın ev arenası sayılır və beynəlxalq oyun keçirməyə razılıq alıb. Bu komandalar arasındakı ilk qarşılaşma isə iyunun 28-də Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da oynanılacaq. Matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Avroliqadakı digər klublara gəldikdə, iyunun 30-da "Bakcell Arena"da "Qəbələ" və Gürcüstan "Samtredia"sı arasındakı oyun saat 21:00-da start götürəcək. Zestafonidəkı David Abaşidze adına stadionda keçiriləcək cavab görüşü isə saat 19:00-a təyin olunub.
Ayın son günündə Maltanın Paolo şəhərində keçiriləcək qarşılaşmada isə "Baltsan" və "Neftçi" klubları üz-üzə gələcək. "Hibernians" stadionundakı oyun saat 20:00-da başlayacaq. İyulun 7-də Bakıda keçiriləcək cavab görüşündə də komandalar eyni saatda "Bakcell Arena"da üz-üzə gələcəklər.