Futbol üzrə Ukrayna yığmasının yeni baş məşqçisi iyulda müəyyənləşəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko bildirib.
Federasiya rəhbəri Mixail Fomenkonun əvəzləyicisinin komandanı DÇ-2018-ə hazırlayacağanı qeyd edib. Yerli mətbuat isə baş məşqçi postuna köməkçi məşqçi kimi çalışan Andrey Şevçenkonu əsas namizəd kimi görür.
Qeyd edək ki, Fomenkonun rəhbərlik etdiyi Ukrayna AVRO-2016-nın C qrupunda sonuncu yeri tutub ə qitə turniri ilə vidalaşıb.









































































