Təbrizin "Traktorsazi" futbol klubu bu il Türkiyədə təlim-məşq toplanışı keçirə bilməyəcək. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, Tehranın "İstiqlal" klubu da təlim-məşq toplanışını Türkiyədə keçirməyəcək.
İranın Gənclər və İdman Nazirliyinin Xarici İşlər Şurası bunu Türkiyədə təhlükəsizliklə bağlı problemlərin olması ilə əlaqələndirib.
Məlumata görə, "Traktorsazi" və "İstiqlal"la yanaşı, İsfahanın "Sepahan" klubu da bu il Türkiyədə təlim-məşq toplanışı keçirməyi planlaşdırıb. Ancaq nazirlik bu komandanın da Türkiyəyə getməsinin qarşısını alıb.







































































