Bu gün "Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib. Spoirtnet.az-ın məkumatına görə, Çempionlar Liqasında təmsilçimizin rəqibi yerli "Wacker İnsbruck" komandası ilə olub. Azərbaycan çempionu fasiləyə az qalmış buraxdığı qolla uduzub.
Yoldaşlıq görüşü
25 iyun
18:30. "Qarabağ" - "Vakker İnsbruk" 0:1
Qol: Yamniq Floryan, 41
"Qarabağ": 12. Şahruddin Maqomedaliyev, 32. Elvin Yunuszadə, 18. İlqar Qurbanov, 23. Elgün Uluxanov, 33. Eltun Turabov, 34. Salman Cəfərov, 15. Rahid Əmurquliyev, 67. Əl Hərbi Əl Jadeouyi, 77. Cavid Tağıyev, 22. Əfran İsmayılov, 11. Mahir Mədətov
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 99. Dani Kintana, 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Muarem Muarem
"Vakker İnsbruk": 1. Qrünvald Paskal, 3. Pişler Harald, 7. Hauser Aleksander, 9. Pişlman Tomas, 10. Samuel Yurgen, 11. Roman Kerşbaum, 16. Freytag Xristof, 17. Şimpelsberger Mişel, 18. Yamniq Floriyan, 20. Baumqartner Dominik, 33. Holnşteyn Klaudio
Ehtiyat oyunçular: 5. Lerşer Mişel, 6. Kobleder Xristof, 8.Hölzl Andres, 14. Augustin Mişel, 15. Hamzik Armin, 21. Qründler Aleksandr, 22. Hesina Marko, 23. Tekir Rami, 25. vedl Lukas, 26. Pirkl Simon, 27. Veyskoff Julian, 28. Siller Sebastian, 31. Kalinoviç Hisel, 77. Rieman Aleksandr
Dəq 1: Oyun başladı
Dəq 5: Hesab açılmayıb. Qarşılama start götürən kimi Kössen qəsəbəsində güclü yağış da başladı
Dəq 13: Oyunun ilk təhlükəli epizodunu komandamız yaratdı. Salman Cəfərov iki dəfə təhlükəli həmlə etsə də, top qapıya getmədi.
Dəq 18: Qolkiperimiz Şahruddin Maqomedalıyev rəqibin cərimə zərbəsini çətinlik çəkmədən dəf edir.
Dəq 23: İlqar Qurbanovun sağ cinahdan asmasını Mahir Mədətov baş zərbəsi ilə tamamlayır. Ancaq top qapıdan aralı keçir.
Dəq 25: Rəqib ilk təhlükəli epizodunu 18 nömrəli futbolçusu Yamniq Floriyanla yaradır, ancaq qolkiperimiz Şahruddin dəqiq oynayır
Dəq 30: Yarım saatın tamamında hesab açılmayıb.
Dəq 32: Rəqib cərimə zərbəsindən sonra qapıya başla zərbə endirir. Lakin top çərçivənin üzərindən keçir
Dəq 38: İlqar Qurbanov zədələnərək yerdə qalınır. Həkimlərimiz tərəfindən tibbi müdaxilə edilir
Dəq 40: Mahir Mədətovla komandamız daha bir epizod yaradır. Mədətov sol cinahdan cərimə meydançasına daxil olaraq zərbə endirir və top qapıdan yan keçir
Dəq 41: "Vakker İnsbruk" hesabı açır. Yamniq Floryan topu çərçivəyə göndərir
Dəq 45: İlk hissə başa çatdı: "Qarabağ" - "Vakker İnsbruk" 0:1
Dəq 46: İkinci hissə başladı. Komandamızın heyətində bütün futbolçular əvəzləndi. İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Maksim Medvedev, Qara Qarayev, Migel Madera, Dani Kintana, Riçard Almeyda, Muaem Muarem və Reynaldo,
Dəq 57: Reynaldo sarı vərəqə alır
Dəq 60: Bir saat geridə qaldı. Komandamız 1:0 hesabı ilə məğlub olur
Dəq 67: Maksim Medvedev hesabı bərabərləşdirmək üçün şans əldə etsə də, topu istədiyi kimi ram edə bilmədi. Əks halda futbolçumuz qapıı ilə təkbətək çıxasıydı
Dəq 68: Dani Kintananın yerinə yetirdiyi cərimə zərbəsində top azacıq qapıdan aralı keçir
Dəq 70: Daninin cərimə meydançasına ötürməsi, son anda rəqibin qapıçısı topa sahib çıxır
Dəq 74: Reynaldo qapıçı ilə təkbətək qalsa da, bu şansdan yararlana bilmədi
Dəq 83: Komandamızın çoxgedişli kombinasiyasını Maksim Medvedev zərbəylə tamamlaya bilmədi
Dəq: Komandamız daha bir cərimə zərbəsi yerinə yetirdi, lakin bu dəfə də hesab dəyişmir
Dəq 89: Rəşad Sadıqovun zərbəsi qapıdan yan keçir
Dəq 90: Qarşılaşma başa çatdı. "Vakker İnsbruk" 1:0 hesablı qələbə qazandı