
Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlığa başlayan Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu cəlb olunub. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu "Bakı” klubunun futbolçusu Vüqar Mustafayevdir.
Mustafayev millimizin mayın 21-də başlanacaq təlim-məşq toplantısına qoşulacaq.
Mustafayev millimizin mayın 21-də başlanacaq təlim-məşq toplantısına qoşulacaq.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bakıda Norveçlə qarşılaşacaq.