
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Moldova "Daçiya"sı ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün start heyəti açıqlayıb. Sportnet.az-ın məlumatına görə, sabahkı oyunda bu futbolçular oynayacaq.
Tadas Simaitis, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Renan, Tural Axundov, Kərim Diniyev, Vüqar Bəybalayev, Dario Frederiko, Nicat Qurbanov, Serjinyo, Julyen Ebah.
Simaitis qapıda duracaq. Müdafiənin mərkəzində Şəhriyar Rəhimovla birgə yeni transfer Renan oynayacaq. Müdafiənin sol və sağ cinahında müvafiq olaraq Şəhriyar Rəhimovla kapitan Tural Axubdov çıxış edəcəklər. Dayaq yarımmüdafiəçiləri Kərim Diniyevlə Vüqar Bəybalayevdir. "Xəzər Lənkəran"dan gələn Bəybalayev yeni futbolçu "Sumyqayıt"a qayıtmalı olan Budaq Nəsirovu əvəzləyəcək.
Yarımmüdafiənin cinahlarına Nicat Qurbanovla Dario Federiko cavabdeh olacaqlar. Qurbanov yeni transferdirsə, ötən mövüsüm boşa verməli olan Fedeiko ağır zədədən sonra ilk matçına çıxacaq. Daha bir yeni legioner - braziliyalı Serjinyo "Kəpəz"dən gedən həmyerlisi Juninyonu əvəzləyəcək. Gəncəlilərin yeganə hücumçusu ötən mövsümdəki kamerunlu bombardiri Julien Ebah olacaq.