Avropa Liqasının I təsnifat mərhələsində "Kəpəz"lə qarşılaşacaq "Daçiya" əsas qapıçısını Bakıya gətirməyib. Sportnet.az-ın məlumatına görə, buna səbəb Artyom Qaydukeviçin zədəli olmasıdır.
Baş məşqçi Oleq Bejenar bu gün keçiriləcək qarşılaşmada Dorian Raylyan və Dmitriy Çelyadnik arasında seçim etməli olacaq.
Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.









































































