Bu gün futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsinin 4 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "Kəpəz"lə Moldova "Daçiya"sından əlavə, Makedoniya, Albaniya və İrlandiyada da ilk qarşılaşmalar oynanılıb.
Görüşlərdən 2-də baş hakim çexiyalı olub, 3 matçın start fiti isə eyni vaxtda çalınıb. Məhz bu oyunlarda heç-heçə qeydə alınıb. Ən gec başlayan matç isə meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib.
Avropa Liqası, I təsnifat mərhələsi
İlk oyunlar
28 iyun
20:00. "Rabotniçki" (Makedoniya) - "Buduçnost" (Monteneqro) - 1:1
Qollar: Elif Elmas. 80 - Velizar Yanketiç, 36
Baş hakim: Zbinek Proske (Çexiya)
20:00. "Partizani" (Albaniya) - "Slovan" (Bratislava, Slovakiya) - 0:0
Baş hakim: Erez Papir (İsrail)
20:00. "Kəpəz" (Azərbaycan) - "Daçiya" (Moldova) - 0:0
Baş hakim: Aleksandr Qauzer (Qazaxıstan)
22:45. "Sent Patriks" (İrlandiya) - "Jöness Eş" (Lüksemburq)- 1:0
Qol: Kris Faqan, 10
Baş hakim: Pavel Orel (Çexiya)
Qeyd edək ki, I təsnifat mərhələsində ilk görüşlərin qalanları iyunun 30-da olacaq. Cavab oyunları isə iyulun 5 - 7-də baş tutacaq.