Moldova "Daçiya"sının baş məşqçisi Oleq Bejenar "Kəpəz"lə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb...
- Gözlədiyimiz kimi ağır oldu. İlk hissədə bir qədər həyəcanlı olsaq da fasilədən sonra özümüzə gəldik. "Kəpəz" çox yaxşı komandadır, artıq rəqibə bələdik. İkinci oyuna daha hazırlıqlı çıxacağıq.
- Bu gün siz ehtiyat oyunçular skamyasında gördük.
- Mən bu suala cavab vermək istəyirəm. Mətbuat katibi müdaxilə edir: Adlan Şişxanovun ehtiyat oyunçular skamyasında olmağa hüququ var. O da bundan istifadə edirdi. Başqa sualınız varsa, cavablandıra bilərik.
- Çempionat oyunlarında da göstərişi Şişxanov verir?
- Mən bu suala cavab verməyəcəyəm.
- Bunu özünüzə qarşı hörmətsizlik kimi qiymətləndirmirsiniz?
- Mən istəməzdim ki, buna belə münasibət göstərəsiniz. Bunu özümə qarşı hörmətsizlik kimi dəyərləndirsəydim, komandada işləməzdim.
- Öncədən daha güclü "Daçiya" gözləyirdik. Bu, əsl "Daçiya" idi, yoxsa komandanız öz oyununu göstərmədi?
- Nəyə görə sizdə belə fikir yaranıb. Komandamızda yeni oyunçular bir-birinə uyğunlaşmayıblar. 20 gündür bir yerdədirlər. Cavab oyununda başqa komanda görəcəksiniz.