"Qəbələ" klubu Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə keçiriləcək cavab görüşünə Bakıda hazırlaşacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, "qırmızı-qaralar" bu gün istirahətdədir və sabahdan paytaxtda "Bakı"nın stadionunda hazırlığa start verəcək. Komandanın heyətində iki futbolçu - Elvin Camalov və Asif məmmədov zədəlidir.
Qeyd edək ki, cavab görüşü iyulun 7-də Gürcüstanın Zestafoni şəhərində keçiriləcək.