1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vəli Qasımov: "Futbolçuların yorulmağı normaldır"
"Bilirdik ki, rəqib gəzməyə gəlməyib. 3 gün əvvəlcədən Bakıda idilər. Çətin oyun keçəcəyini bildirik". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Vəli Qasımov deyib.
Baş məşqçi Avropa Liqasının I təsnifat mərhələsinin Maltanın "Baltsan" klubu ilə keçirilən cavab görüşündən sonra bunları bildirib: "İlk hissədə pis oynamadıq. Topa nəzarət edirdik. Ancaq ikinci hissədə bu olmadı. Gənc komandadır. Bu gün işimizi daha çox görürük və onların yorulmağı normaldır. Anlaşılmazlıqlar olur. Qol buraxmasaydıq, komanda rahat oynayacaqdı. Amma qoldan sonra anlaşılmazlıq oldu. Bəzi oyunularımız daha çox top saxlayırdı. Elə də böyük problem yox idi. Rəqib də rahat oynayırdı. Məğlub olsaydıq, çox pis olardı. İşimizə görə doğru yoldayıq. Fikrim vardı ki, Cavid İmamverdiyev top saxlasın. Bu səbəbdən Ruslan Qurbanovla əvəzlədim. Yenə də hücumçu axtarırıq. "Baltsan" burada daha yaxşı oynadı. Əsas odur ki, mərhələ keçmişik və futbolçularımı təbrik edirəm".