Sinqapurlu iş adamı Erik Dinq Si Yanq həbs edilib. Sportnet.az-ın məlumatına görə, səbəb onun oyunları idarə edən hakimlərə fahişələr təşkil etməklə oyun alqı-satqısında iştirakı olub.
Dinq Si Yanq növbəti 3 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.
Qeyd edək ki, 32 yaşlı biznesmen 2013-cü ilin aprelində Asiya Futbol Konfederasiyası (AFC) Kubokunun "Tampins Rovers" - "İst Benqal" matçının nəticəsinə əvvəlcədən müdaxilə etdiyi üçün həbs olunub. Bundan başqa hakimlər - Ali Sabbaq 6 ay, Ali Eyd və Abdallah Taleb isə 3 ay müddətinə azadlıqdan məhrum edilib. FİFA və AFC günahlarını etiraf edən Sabbaqı ömürlük hakimlikdən uzaqlaşdırıb və stadionlara girişini qadağan edib. Digər köməkçi hakimləri isə 10 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb.