1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mikayıl Nərimanoğlu: "Qəbələ"nin təklifi bizim üçün çox gözlənilməz oldu"
Azərbaycanın Avropa Liqasında təmsilçiləri olan "Kəpəz"lə "Qəbələ" II təsnifat mərhələsi oyunları üçün növbəti həftə səfərə birgə çıxacaqlar. Bu haqda Sportnet.az-a məlumat verən "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu səfərə iyulun 13-də səhər saatlarında çarter reysilə yollanacaqlarını bildirib.
Əyalət təmsilçilərini aparan təyyarə Avstriyanın paytaxtı Vyanaya enəcək. "Kəpəz" oradan rəqibi "Admira-Vakker"in təmsil etdiyi Möldinq şəhərinə, "Qəbələ" isə MTK-nın qonağı olacaq Macarıstan paytaxtı Budapeştə yollanacaq.
Nərimanoğlu səfərin təşkilatçısı olan "Qəbələ"yə onlara yaratdıqları bu imkana görə minnətdarlıq edib: "Təklif bizə "Qəbələ"dən gəldi. Bizim üçün çox gözlənilməz, yaxşı təklif oldu. Biz də bunu yüksək qiymətləndiririk və "Qəbələ"yə təşəkkürümüzü bildiririk. İyulun 13-də birgə səfərə çıxacağıq və 14-də oyundan sonra birgə Vətənə dönəcəyik".