1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Düz 1 il öncə başlayan zəfər yürüşü...
"Qəbələ"nin tarixində xüsusi yer tutan iyulun 9-u. Bəli, məhz ötən ilin bu günü "qırmızı-qaralar" Tiflis "Dinamo"suna qalib gələrək tarixində ilk dəfə avrokuboklarda mərhələ adladı. Qəbələ şəhər stadionunda Avropa Liqasında ilk qələbə son dəqiqələrdə vurulan 2 cavabsız qolla gəldi.
Həmin gün arenada böyük coşqu vardı. Hamımız "Qəbələ"nin qələbəsinə inanaraq qələbə topunu səbirsizliklə gözləyirdik. Səfərdə 1:2 hesabı ilə uduzduğumuzdan bizə evdə 1:0 hesablı qələbə də yetərli idi. Ancaq bu qol gəlmirdi ki gəlmirdi...Nəhayət, 88-ci dəqiqədə Qəbələ şəhər stadionuna toplaşanlar qol sevinci ilə ayağı qalxaraq bir-birlərini təbrik etdilər. Bundan 6 dəqiqə öncə meydana daxil olan Asif Məmmədov tarixə düşdü. O, Qəbələdə ilk qolumuzun müəllifi kimi də tarixə düşdü. "Qəbələ"nin məşqçilər korpusu Tiflisdəki oyunda meydana çıxmayan Asifə şans verdi. Məmmədov da ona güvənilməsinin əbəs yerə olmadığını göstərdi, etimadı qolla doğrultdu. 90+3-cü dəqiqədə isə ukraynalı hücumçu Aleksey Antonov həm "Qəbələ"də qol hesabını açdı, həm də oyunda son nöqtəni qoydu.
Tarix göstərdi ki, bu qalibiyyət böyük bir uğurun, zəfər yürüşünün başlanğıcı idi. Roman Qriqorçukun komandası "Dinamo"dan 3 mərhələ adlayaraq qrup mərhələsinədək irəlilədi. Bunadək "Neftçi" ilə "Qarabağ" qrupa çıxsalar da, onlar Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Avropa Liqasının pley-offuna düşmüş, oradan əsas mərhələyə vəsiqə qazanmışdılar. Ancaq "Qəbələ" mübarizəyə ilk mərhələdən başlayaraq qrupadək irəliləməyi bacarmaqla ilkə imza atdı.
"Qırmızı-qaralar"ın həmin il Avropa macərası 5 ay çəkdi. Tiflis "Dinamo"sunun ardınca Serbiya "Çukariçki"sini, Kipr "Apollon"unu, Yunanıstanın "Panatinaikos" və PAOK klublarını, Dortmund "Borussiya"sını, Rusiya "Krasnodar"ı ölkəmizə gətirdik. Düzdür, onlar Qəbələdə yox, Baklda qonaq qoldular. "Bakcell Arena"da keçirilən matçlar maraqlı, gərgin mübarizə ilə yadda qaldı. "Qəbələ"nin ukraynalı qapıçıs Dmitri Bezotosnı "Borussiya" ilə oyunadək evdə " quru seriya"sı ilə Avropa rekordçusu oldu. "Qəbələ"nin bir debütant olaraq nailiyyəti ötən mövsüm birdən-birə 2 klubumuzla qrup həyəcanını yaşamağımıza imkan yaratdı.
"Qəbələ"nin Avropa Liqasında uğurlu çıxışı ilə həm Avropada özünü tanıtdırdı, həm də qazandığı reytinqlə bu mövsüm püşkatmada səpələnmişlər arasında yer almaq hüququ qazandı. Tale elə gətirdi ki, yenə ilk mərhələdə rəqib Gürcüstan təmsilçisi oldu. Budəfəki qələbəmiz daha möhtəşəm idi. "Qəbələ" Gürcüstan vitse-çempionu "Samtredia"sını evdə 5:1 hesabı ilə məğlub etməklə ilk oyundaca cütün taleyini xeyrimizə həll etdi. Gürcülərlə budəfəki dueldə heyətdə nə zədəli Asif Məmmədov, nə də transferə çıxarılan Aleksey Antonov vardı. Ancaq bunlar Roman Qriqorçukun yeniləşən komandasına yenə üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməsinə mane olmadı. Kim bilir, bəlkə yenə uğura gedən yol gürcülər üzərindəki qələbədən başlayacaq. Necə deyərlər, yaşayarıq, görərik...
Mehman Süleymanov