1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əvvəl Vəli Qasımov, sonra Akrapoviç
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Şkendiya” oyunu öncəsi mətbuat konfranslarının vaxtı və yeri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, iyulun 13-də "Bakcell Arena”da keçiriləcək konfransa il olaraq "Neftçi"nin baş məşqçisi Vəli Qasımov jurnalistlər qarşısına çıxacaq. Bu, saat 18:10-da başlanacaq. Saat 18:30-da isə komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.
Həmin gün "Bakcell Arena”da Makedoniya klubunun baş məşqçisi Bruno Akrapoviçin mətbuat konfransı və açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:40-da, məşq isə saat 20:00-da başlanacaq.
Qeydiyyatdan keçmiş media nümayəndələri akkreditasiyalarını "Neftçi”nin mətbuat konfransından öncə ala biləcəklər.
Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Şkendiya” oyunu saat 20:00-da başlanacaq.