
"Qəbələ"nin fransalı futbolçusu Baqali Dabo Avropa Liqasının fərqlənənləri sırasında yer alıb. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçu turnirin ən məhsuldar ötürmə sahibləri arasında ilk üçlükdə yer alıb.
Dabonun hesabında 3 belə ötürmə var. Lider isə Danimarkanın "Brondbü" klubunun yarımmüdafiəçisi Endryu Hyulsagerdir - 5 məhsuldar ötürmə.
Dabo "Bakcell Arena"da son oyunda uğurlu çıxışı sayəsində diqqət mərkəzinə düşüb. O, komandamızın turnirin II təsnifat mərhələsində Macarıstanın MTK klubuna 2:0 hesabı ilə qalib gəldiyi matçda hər 2 qolda ötürmə ilə Sergey Zenyovla Teo Uiksin rəqib qapısına yol tapmalarına imkan yaradıb.
Matçın qəhrəmanlarından olan Dabo ilk məhsuldar ötürməsi də MTK ilə matçda olub. Bu, 2:1 hesabı ilə qalib gəldiyimiz səfər matçında olub. Hücumda onda xorvat komanda yoldaşı Filip Ozobiçin hesabına 2:0 etməsinə şərait yaradıb.
Qeyd edək ki, "Qəbələ" bu yay gələn Dabo hələ qol hesabını aça bilməyib.