Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandıran "Kəpəz” sabah məşqləri bərpa edəcək. Sportnet.az-ın məlumatına görə, Gəncə təmsilçisi beş günlük istirahətdən qayıdır.
"Sarı-göylər” Premyer Liqanın növbəti mövsümünə hazırlığı Bakıda keçirəcək. Gəncə təmsilçisinin iyulun 26-na olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olacaq. Məşq prosesi saat 20:00-da başlayacaq.