1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Viktoriya"nın kapitanı: "Qarabağ"a qarşı necə oynacağımızı bilirik"
"Biz oyunumuzu izləmişik və "Qarabağ"a qarşı necə oynayacağımızı bilirik. Öz meydanımızda qalib gəlmək istəyirik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Çexiyanın "Viktoriya" klubunun kapitanı Roman Hubnik bildirib.
Təcrübəli müdafiəçi klubunun rəsmi saytına açıqlamasında Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibləri olan "Qarabağ"la 2 il öncə Avstriyada 1:3 hesabı ilə qarşılaşmanı xatırlayıb: "Bu, sadəcə, yoxlama matçı idi və nəticəsi vacib deyildi. Həmin oyunda mən də iştirak etmişdim. İndi isə hər iki komandanın heyətində dəyişikliklər olub. "Düşünürəm ki, ötən illə müqayisədə hazırda iki dəfə güclüyük. Hər bir uğursuzluq komanda üçün önəmlidir. Çünki belə olan halda, səhvləri aradan qaldırmaq üçün düşünmək imkanın olur. Ümid edirəm ki, bundan düzgün nəticə çıxardaraq yolumuza davam edəcəyik".
Xatırladaq ki, "Viktoriya" - "Qarabağ" oyunu bu gün Bakı vaxtilə saat 22:15-də başlayacaq.