Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir. Sportnet.az-ın məlumatına görə, turnirdə qalan yeganə təmsilçimiz "Qəbələ" çətin səfər matçına çıxıv Roman Qriqorçukun komandası Fransanın güclü klublarından olan "Lill"in qonağı olub.
Oyun komandamız üçün yaxşı başlayıb. Artıq 12-ci dəqiqədə hücuma qoşulan ukraynalı mərkəz müdafiəçisi Vitali Vernidub hesabı açıb. Franszılar ikinci hissə başayan bunun əvəzini çıxa bilib. Komandaların səylərinə baxmayaraq qalan dəqiqələrdə hesabı dəyişmək mümkün olmayıb. Bununla da "Qəbələ" səfərdə qollu heç-heçə edərək, vətənə sərfəli nəticə ilə qayıdır. "Qırmızı-qaralar" avqustun 4-də Bakıdakı cavab matçında qolsuz bərabərliklə də mərhələ keçə biləcək.
Avropa Liqası, III təsnifat mərhələsi
İlk oyun
28 iyul
21:00. "Lill" (Fransa) - "Qəbələ" (Azərbaycan) - 1:1
Qollar: Ryan Mendeş, 46 - Vitali Vernidub, 12
"Lill”: 1. Vinsent Enyeama, 2. Korçia, 5. Çivelli, 8. Obbadi, 10. Amalfitano, 11. Bautok, 12. Palmieri, 17. Markos Lopes, 20. Mendes, 24. Mavuba (k), 25. Başa
Ehtiyat oyunçular: 16. Maignan, 6. Amadou, 9. Benzia, 15. Nangis, 18. Beria, 23. Soumaoro, 31. Bissouma
Baş məşqçi: Frederik Antonetti
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks
Ehtiyat oyunçular: 33. David Petrjkeviç, 11. Asif Məmmədov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 34. Ürfan Abbasov, 44. Rafael Santos
Baş məşqçi: Roman Qriqorçuk
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis
Dördüncü hakim: Zbiqnev Dobrınin (hamısı Polşa)
Lill. "Metropol Arena”