"Cavab oyunu barədə nəsə demək çətindir. İnanıram ki, mərhələni biz keçəcəyik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Fransanın "Lill" klubunun baş məşqçisi Frederik Antonetti Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə 1:1 hesabı ilə nəticələnən oyundan sonra bildirib. Onun sözlərinə görə, qalib gələ bilməmələrinin əsas qol imkanlarından maksimum yararlanmamaları olub: "Çox hücum etsək də, bu fürsətlərin yalnız birində istifadə edə bildik. "Komandada çətinliklər var idi. Erkən qol buraxmağımız pis oldu. Bakıdakı oyunda daha hazırlıqlı olacağıq. "Qəbələ" təcrübəli komandadır. Mərhələ adlamaq şansı bərabərdir".
Xatırladaq ki, "Qəbələ" - "Lill" matçı avqustun 4-də "Bakcell Arena"da olacaq. 









                 





    
    
    
    
    
    
    
    
    























































