"Qarabağ"ın çox güclü komanda olduğunu ilk matçda təsdiqləndi. Plzendə gözlədiyimiz kimi oynadıq. Hesab edirəm ki, şanslar yenə də 50-50-dir". Sportnet.az-n məlumatına görə, bu fikirləri Çexiyanın "Viktoriya" klubunun kapitanı Roman Hubnik bildirib. Təcrübəli müdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağıa evdə 0:0 hesabı ilə nəticələnən matçda qol vura bilmədiklərinə görə üzüldüyünü bildirib: "Təəssüf ki, evdə qol vura bilmədik. Ancaq əminəm ki, səfərdə buna nail ola biləcəyik. Biz öz oyunumuzu göstərmək istəyirik. Rəqib qapısı qarşısında təzyiqi artırmalıyıq. Ev oyununda uzun ötürmələrdən istifadə edə bilmədik. Bunun üzərində işləməliyik".
Hubnik 1 həftədə 2 oyun keçirməklə gərgin qrafikə malik olduqlarını bildirib: "Çempionatda ilk turda səfərdə "Jihlava"nı 2:1 hesabı ilə məğlub etdik. Həmin matçda "Qarabağ"a qarşı oynamayan futbolçulara şans verildi. Oyun ritmimiz var. Yorulmaqdan söhbət gedə bilməz".
"Viktoriya" Bakıya gəlmək üçün 4 saat yol qət etməli olub. Üstəlik, paytaxtımızda havanın çox isti öz sözünü deyir: "Bu, mənim üçün ən uzun uçuş oldu. Ancaq bu, bizi narahat etmir. Hər şey qaydasnda olacaq. Biz oyuna yaxçı hazırlaşmışıq və matçı səbirsizliklə gözləyirik. Belə isti havada çox oynamışıq. Üstəlik, oyun axşam saatlarında, yerli vaxtla 20:30-da olacaq. Bu isə sözün əsl mənasında probem deyil".