Türkiyənin "Qalatasaray" klubu yay transfer pəncərəsi üçün heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəflərindən birinin Bernardo Silva olduğu bildirilir.
Türkiyə mətbuatının, o cümlədən “Fanatik” nəşrinin yaydığı məlumata görə, hazırda İngiltərənin "Mançester Sit" komandasında çıxış edən portuqaliyalı yarımmüdafiəçi mövsümün sonunda komandadan ayrıla bilər. Futbolçunun müqavilə müddətinin başa çatması onun azad agent kimi transfer olunması ehtimalını artırır.
Məlumatda qeyd olunur ki, "Qatasaray" rəhbərliyi 29 yaşlı oyunçunun transferini diqqətdə saxlayır və yaxın aylarda bu istiqamətdə konkret addımlar ata bilər.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti" klubunda çıxış edir və komandanın son illərdə qazandığı uğurlarda mühüm pay sahibi olub.















































































