“Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fransisko Fernandes azad agent qismində transfer olunub.
25 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.












































































