Fransalı mütəxəssis Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi postuna təyin olunmaq üzrədir.
Sportnet.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 53 yaşlı mütəxəssis Fransa Futbol Federasiyası ilə şifahi razılıq əldə edib və təyinatın əsas şərtləri artıq razılaşdırılıb.
Məlumatda qeyd olunur ki, nəşrin xəbəri federasiya prezidenti Filip Diallonun Fransa millisinin növbəti baş məşqçisinin kim olacağını artıq bildiyini açıqlamasından bir neçə saat sonra yayılıb. Buna baxmayaraq, rəsmi açıqlamanın komandanın ABŞ-a yola düşməsinədək edilməyəcəyi gözlənilir. Məqsəd hazırkı baş məşqçi Didye Deşama 2026-cı il dünya çempionatına hazırlıq prosesində maksimal rahat şərait yaratmaqdır.
Qeyd edək ki, Zinəddin Zidan daha əvvəl İspaniyanın "Real Madrid" klubunu 2016–2018 və 2019–2021-ci illərdə çalışdırıb.
















































































