İtaliyanın “İnter” futbol klubu yay transfer pəncərəsi üçün qapıçı axtarışlarını davam etdirir.
Sportnet.az xəbər verir ki, “neradzurri”nin namizədlər siyahısında İspaniya “Real Madrid”inin ukraynalı qolkiperi Andrey Lunin var.
"La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, “İnter” rəhbərliyi 2026-cı ildə müqaviləsi başa çatacaq təcrübəli Yan Sommeri daha gənc və perspektivli bir oyunçu ilə əvəz etmək niyyətindədir.















































































