Azərbaycan 3-cü dəfə Avropa Liqasının pley-off mərhələsində 2 klubla təmsil olunacaq. Sportnet.az-ın məlumatına görə, bu, ilk dəfə 2009-cu ildə "Bakı" və "Qarabağ"la olub. Onda "zolaqlılar" Çempionlar Liqasında (ÇL) mübarizəni dayandıraraq Avroliqanın son mərhələsinə yollanmışdısa, Ağdanm təmsilçisi II təsnifat mərhələsindən gəlmişdi. Ancaq nə "Bakı", İsveçrənin "Bazel", nə də "Qarabağ" Hollandiyanın "Tvente" klubunu keçə bilib.
Bu dəfə olduğu kimi, ötən il də "Qarabağ"la "Qəbələ" turnirin pley-off mərhələsində ölkəmizi təmsil edirdi. Həmin vaxt "Qarabağ" ÇL-dən bura yollanmışdısa, "qırmızı-qaralar" I təsnifat mərghələsindən gəlmişdi. Hər 2 sınaq bizim üçün uğurlu oldu. "Qarabağ" İsveçrənin "Yanq Boyz", "Qəbələ" Yunanıstanın "Panatinaikos" klubunu keçərək qrupa düşdü.
Qeyd edək ki, "Qarabağ" yenə ÇL-dən, "Qəbələ" Avroliqanın I təsnifat mərhələsindən irəliləyərək pley-offa yollanıb. Ağdam təmsilçisi qrupa düşmək üçün İsveçin "Göteborq", "Qəbələ" Sloveniyanın "Maribor" klubuna rəqib olub.