1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aleksey Qay "Kuban"a keçməsinin səbəbini açıqladı
"Danışıqların əvvəlindən "Kuban"ın mövqeyi yetərincə konkretdir. Klub rəhbərliyi komanda qarşısına qoyduğu vəzifələri və mənim kollektivdə rolumu dəqiq təsvir etdi. Yəqin ki, məhz bu, Krasnodara köçməyimlə bağlı seçimə böyük təsir göstərdi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nbin sabiq futbolçusu Aleksey Qay Rusiya mətbuatına açıqlamasında deyib. Növbəti mövsümdə bu ölkənin birinci divizion təmsilçisi Krasnodarın "Kuban" klubunda başlayacaq 34 yaşlı ukraynalı yarımmüdafiəçi seçiminin səbəblərini açıqlayıb.
Qayın sözlərinə görə, onun üçün kollektivin bir üzvü olmaq çox vacibdir: "Həmin kollektiv də növbəti mövsümdə qarşıya yüksək vəzifələr qoymalıdır. Üstəlik, futbolçuların seçimi bu məqsədlərə çatmağa imklan verir. Biizm yetərincə gənc komandamız var. Təcrübəli futbolçularımız elə də çox deyil. Sonuncuların üzərinə əlavə yük düşür. Ancaq bu, tamamilə normaldır. Qərarın həll olunması üçün bütün gücümü qoymağa çalışacağam. Bu, ilk növbədə mövsümdə komanda qarşısında qoyulan vəzifəni yerinə yetirməkdir".
Xatırladaq ki, Qay son il yarımı keçirdiyi "Qəbələ"də çempionatımızın 2 dəfə bürünc medalçısı olub.