Fransanın PSJ klubu "Real Madrid"in hücumçusu Xese Rodrigesi transfer edib. Sportnet.az-ın məlumatına görə, son 4 ilin Fransa çempionu ispaniyalı futbolçunu 5 illik heyətinə qatıb.
Xese Rodriges "Kral klubunun" futbol məktəbinin yetirməsidir. "Real Madrid" forması ilə 2 Çempionlar Liqası, 1 La Liqa, 1 İspanya Kral Kuboku və 1 dəfə də FİFA Klublararası Dünya Çempionatının qalibi olub. Əsas heyətlə meydana çıxıdığı 62 La Liqa oyununda 13 qol vurub və 12 məhsuldar ötürmə edib. ÇL-də oynadığı 17 oyunda isə 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.









































































