"Qarabağ" 1 aylıq qələbəsizlik sindromuna son qoyub. Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası 30 gündən sonra meydanı qalib tərk edib.
Bu, Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazandığı "Sumqayıt"la səfər matçı olub - 2:0. Ağdam klubu cari mövsümdə qələbə ilə başlasa da, bundan sonra 3 matçda qalib gələ bilməyib. "Qarabağ" ilk olaraq yulun 12-də Çempionlar Liqasının II təsnifat mərhələsində Lüsksemburqun "Düdelanj" klubuna Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə məğlub edib. Bu komanda ilə səfərdəki cavab matçı 1:1 hesabı ilə nəticələnib.
Ağdamlılar turnirinin III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə səfərdə qolsuz, evdə 1:1 hesablı heç-heçə ediob. Nəhatət, çempionatın ilk turunda "İnter"ə səfərdə 1:2 hesablı məğlubiyyət qeydə alınıb.
Sumqayıtdakı matçda hesabı açan "Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem cari mövsümdə ilk qolunu "Viktoriya"ya vurub. "Sumqayıt"a 2-ci qolun müəllifi olan Dani Kintana isə cari mövsümdə qol hesabını açıb. İspaniyalı yarımmüdafiəçi ötən mövsümdə vurduğu 15 qolla çempionatın bombardiri olub. Yeri gəlmişkən, 29 yaşlı Kintana "Sumqayıt"a qol vurmaq üzrə ixtisaslaşıb. O, ötən çempionatda 2 dəfə bu komandanın qapısına yol tapıb.