1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kulbakov yenidən "Dalğa Arena"da
Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qəbələ" və Sloveniya "Maribor"u arasında ilk oyunu idarə edəcək Aleksey Kulbakov artıq bir dəfə Azərbaycan klubunun oyununa təyinat alıb. Sportnet.az-ın məlumatına görə, Kulbakov 2 mövsüm öncə Avropa Liqasının qrup mərhələsində İtaliyada baş tutan "İnter" - "Qarabağ" oyununda olub.
2014-cü il oktyabrın 2-də keçirilmiş həmin görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 37 yaşlı FİFA referisi sözügedən oyunda "İnter"in iki, "Qarabağ"ın isə bir futbolçusuna sarı vərəqə göstərib.
Kulbakov həmin ilin iyulun 17-də ölkəmizə ilk səfərini edib. O, Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin Sloveniyanın "Koper" klubuna "Bakcell Arena"da 1:2 hesabı ilə uduzduğu oyunda həmyerlisi Denis Şerbakovun başçılıq etdiyi briqadada 4-cü hakim olub. Göründüyü kimi, Kulbakov yenə Azərbaycan və Sloveniya klublarının Bakıdakı ilk Avroliqa matçına təyinat alıb. Ancaq bu dəfə baş hakim kimi.
Üstəlik, Kulbakov 2011-ci ildə Azərbaycan və Makedoniya yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündə də iş başında olub. Bu qarşılaşmada millimiz minimal hesabla məğlub olub. Maraqlıdır ki, 2010-cu ilin avqustun 10-da baş tutan həmin matç "Qəbələ" - "Maribor" oyununun keçiriləcəyi "Dalğa Arena"da olub və bu stadionun rəsmi açılışı olub. Məşhur makedoniyalı hücumçu Qoran Pandevin qoluna şahid olan Kulbakov millimizə rəqibdən fərqli olaraq, sarı vərəqə göstərməyib.
Belaruslu hakim "Qəbələ"nin oyununa təyinat almasa da, "Maribor" azarkeşləri onu yaxşı tanıyır. Kulbakov 2013/2014 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində baş tutmuş "Maribor" - APOEL oyununu idarə edib və qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.