Bu gün Azərbaycan Premyer Liqasının III turuna start verilib. Sportnet.az-ın məlumatına görə, açılış günün məhsuldarlığı ilə diqqət çəkib.
Belə ki, Zirə və "İnter Arena"da keçirilən oyunların hər birində 4v qol qeydə alınıb. Halbuki, ötən turda cəmi 3 qol vurulmuşdu.
"Zirə" ardıcıl 2-ci qələbəsini qazanmaqla turnir cədvəlində vahid lider olub. Çünki bunadək şərikli liderlər olan "İnter" bu turda xal itirib, "Qəbələ"nin "Sumqayıt"la ev oyunu isə təxirə salınıb. Nəticədə hesabına 6-cı xalı yazan Adil Şükürovin komandası 1-ci pillləyə yüksəlib.
"İnter" "Kəpəz"lə hesabı açdığı ev oyununda son dəqiqələrdə məğlubiyyətdən qurtula bilib. Komandnı yenə də Ruslan Abışov cərimə zərbəsindən vurduğu qolla xilas edib. Düzdür, bu qolda "Kəpəz"in litvalı qapıçısı Tadas Simaitisin kobud səhvi də az rol oynamayıb.
Tura bazar keçiriləcək mərkəzi oyunla - "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq. Mazasırda "Dalğa Arena"dakı həmin matç saat 20:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası, III tur
19:00. "Zirə" – AZAL - 3:1
Qollar: Gerhard Proqni, 38, 82 Elvin Məmmədov, 45 (P) - David Janelidze, 67
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vüsal Qənbərov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. Zirə İdman Kompleksinin stadionu
21:00. "İnter" – "Kəpəz" - 2:2
Qollar: Manuel Skarlatake, 25, Ruslan Abışov, 89 - Tural Axundov, 29, Julien Ebah, 72
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
Bakı. "İnter Arena"
Qeyd edək ki, tura avqustun 21-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.