1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" 3 klubumuzun xalını tək toplayıb
Azərbaycanın UEFA-nın klub reytinqində əmsalını atrırıb. Sportnet.az-ın məlumatına görə, bu, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"nin evdə "Maribor”u məğlub etməsi (3:1) sayəsində reallaşıb.
Bununla da ölkəmiz reytinq cədvəlində növbəti 0.250 xal qazanıb və hesabındakı xalların sayını 16.250-ə çatdırıb. Reytinq sıralamasda 25-ci olan Azərbaycan izləyicisi Kiprdən 0.325 xal irəlidədir.
Bizdən bir pillə qabaqda - 24-cü yerdə qərarlaşan İsrailin də xalları 16.250-dir. Sadəcə, bu ölkə cari mövsümdə toplanınan xalların sayəna görə Azərbaycandan üstün olduğundan 24-cü pillədə yer alıb. Göründüyü kimi, "Qarabağ” İsveçdə "Göteborq”a məğlub olmasaydı, İsraili qabaqlayıb mövsümə başladığı pilləyə - 24-cü yerə yüksələcəkdi.
Qeyd edək ki, cari mövsümdə mövsüm ölkəmizin reytinq əmsalını "Qəbələ” 1.375, "Qarabağ” 0.625, "Kəpəz”lə "Neftçi” isə 0.375 xal artırıb. Maraqlıdır ki, digər 3 klubumuzun ümumi xalını "qırmızı-qaralar" təkbaşına toplayıb .