1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Arif İsayevə Türkiyədən təklif var
"Hazırda zədəmin bərpa prosesindəyəm. İyunun əvvəlləri Türkiyəyə həkimə gedib, orada yoxlanacağam. Ondan sonra vəziyyətimə aydınlıq gələcək”. Bu sözləri Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Arif İsayev deyib.
Karyerası ilə bağlı da danışan 28 yaşlı yarımmüdafiəçi yenidən Türkiyə çempionatının I liqasına qayıda biləcəyini söyləyib: "Türkiyə I liqasında çıxış edən 1-2 klubla danışıqlarım olub. Onlar hələ "Dənizlispor”da çıxış edərkən mənimlə maraqlanırdılar. Hələ ki, ad çəkmək istəmirəm, amma mənə dedilər ki, zədən tam sağaldıqdan sonar bizimlə mütləq əlaqə saxla. Yerli klublardan hələ ki heç bir transfer təklifi almamışam”.
Qeyd edək ki, ötən ilin yayından "Dənizlispor”da çıxış edən Arif İsayev zədə səbəbindən qışda klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.