1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Tərlan Əhmədov məni o vaxtdan "Conni" çağırır"
"Oyunun əvəvlində olan epizod üzərində məşq edirdik. Bu, bəxtlə bağlı bir şey deyildi. Məşqlərdə bunun üzərində işləyirik".
Bu fikirləri Sportnet.az-a açıqlamasında AZAL-ın futbolçusu Ruslan Əmircanov deyib. O, Azərbaycan Premyer Liqasının III turunda "Zirə"yə səfərdə 1:3 hesabı ilə uduzduqları maçda əldən buraxdığı qol epizodunu xatırlayıb: "Çox təhlükəli vəziyyət idi. Zərbəni düzgün yerinə yetirsən, rəqib qapısı qarşısınfa yüzfaizli qol epizodu yaranır. Xəttin üzərində topa açıldım. Ola bilər ki, oyundan kənar vəziyyət idi. Mən belə zənn etdim. Ona görə bir az tələsdim, epizodu gözləmirdim. Düşündüm ki, yan xətt hakimi ofsayd qeydə alar. Ancaq sən demə, bu, yox imiş. Soyuqqanlı davransaydım, yüzfaizli qol epizodunu əldən buraxmazdım. Qapıçı ilə təkbətək qalmışdım. Təəssüf ki, dəqiq zərbə vura bilmədim. Futbolda belə deyirlər ki, vurmayana vurarlar".
Əmircanovun nəticənin oyuuna görə olmadığını düşünür. Onun fikrincə, komandası belə məğlubiyyətə layiq deyilmiş: "Oyunun gedişində desəydin ki, 1:3 hesabı ilə uduzacağıq, heç kim inanmazdı. Demirəm ki, müdafiəçilərin səhvidir, günahı onlardan kiminsə üstünə yıxmıram. Buraxdığımız qolları heç kimin boynuna yıxmaq qolmaz. Futbol kollektiv oyundur, komanda şəklində uduzmuşuq. Buna görə də kimisə günahlandırmaq düzgün olmazdı. Bütün komanda məğlub olub. Sadəcə, uduzulası oyun deyildi. Ola bilər ki, kənardan başqa cür görsənsin. Ancaq meydanda olan futbolçu oyunun gedişində hiss edir ki. qalib gəlmək olar, yaxud uduzmaq. Rəqiblə başabaş oynadıq. Mübarizələrdə də uduzmurduq. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdıq. Cinahlardan adi ötürmələrdən qollar buraxdıq. Özümüzün səhvləri oldu. Sadə oynasaydıq, heç bu epizodlar da olmazdı. Hərə öz futbolçusuna yaxın, birəbir oynasaydı, heç bu hesab da olası deyildi".
Əmircanov AZAL-da müdafiənin yox, yarımmüdafiənin sağ cinahında oynayır. O, hücumda çıxış etməsindən də danışıb: "Baş məşqçimiz Tərlan Əhmədov bu mövqedə oynaya bilməyimlə, əvvəl çıxış etməyimlə maraqlandı. Nuqzar Kvirtiya yarımmüdafiənin solunda, mən sağında oynayıram. Ancaq oyunun gedişində dəyişirik. Yəni bu, o demək deyil ki, tək sağdan oynamalıyam. Hansı mövqedə oynayıramsa, əlimdən gələni etməyə çalışıram. Əsas odur ki, faydam dəysin. Bu, baş məşqçinin seçimidir. Mənim üçün mövqenin fərqi yoxdur. Sadəcə, əsas heyətdə yer almaq üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacağam".
Ruslanı AZAL-da baş məşqçisi "Conni" deyə çağırır. Futbolçunun bunun tarixçəsinə də toxunub: "Tərlan müəllimlə "Karvan"da birgə oynamışıq. Onda mən gənc idim. Mənə "Əmirconni" deyirdilər. Həmin vaxtdan adım Conni qalıb. Düdür, bundan sonra məni belə çağırmırdlar. İndi yenidən Conni deyildi və mənim özümə bir az təəccüblü gəlir. Ancaq artıq öyrəşmişəm. Tərlan müəllim "Conni" deyən kimi bilirəm ki, məni nəzərdə tutur. Bu münasibət səmimiyyətdən irəli gəlir. Mən də baş məşqçimin bu səmimiyyətini futbolumla qaytarmağa çalışıram".