Azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyə Super Liqasında debütü baş tutmayıb. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı hücumçu bu yay keçdiyi "Trabzonspor" klubunun ilk turda "Kasımpaşa" ilə ev oyununu kənardan izləyib.
Ramilin adı hətta matçın protokoluna daxil edilməyib. Trabzon təmsilçisi çempionata 2:0 hesablı qələbə ilə başlayıb. Şeydayev debütü üçün II turda avqustun 27-də "Qaziantepspor"la səfər oyununu gözləməlidir.
Xatırladaq ki, FİFA Şeydayevin Azərbaycan milli komanadsında rəsmən icazə verib. Baş məşqçi Robert Prosineçkinun futbolçunu qarşıdakı seçmə mərhələnin ilk oyunu olan San-Marino ilə səfər matçına çağıracağı gözlənilir.