
Portuqaliya çempionatının iştirakçısı olan azərbaycanlı futbolçular Budaq Nəsirovla Emin Mshmudovun debütləri yenə baş tutmayıb. Sportnet.az-ın məlumatına görə, gənc yarımmüdafiəçilərimiz ilk turda olduğu kimi 18 nəfərlik heyətdən kənarda qalıblar.
Nəsirovun formasını geyindiyi "Sportinq" ardıcıl 2-ci qələbəsini qazanıb. Lissabon təmsilçisi bu dəfə səfərdə "Perreyra"dan üstün olub - 1:0. Mahmudovun çıxış etdiyi "Boavişta" isə "Belenenseş"in qonağı olub və qolsuz heç-heçə edib.
İki turdan sonra "Sportinq" "Portu" ilə birgə 6 xalla şərikli liderdir və toplarına fərqinə görə 2-dir. Lissabonluların ən yaxın izləyicisi məhz "Boavişta"dır (4 xal).