İngiltərənin "Mançester Siti" klubunun qapıçısı Co Hart və baş məşqçi Xosep Qvardiola arasında yüksək tonlu mübahisə düşüb.
Sportnet.az-ın məlumatına görə, hadisə komandanın bugünkü məşqində baş verib.
İspaniyalı mütəxəssisin gəlişindən sonra İngiltərə millisinin qapıçısı əsas heyətə düşmür. Klub İspaniya "Barselona"sından Klaudio Bravo ilə anlaşıb. Bravo yaxın günlərdə müqaviləyə imza atacaq.
Bu yaxınlarda Qvardiola "Özü istəsə, Hartı buraxa bilərəm" deyib.