Türkiyənin "Fənərbağça" klubu FETÖ ilə əlaqəsi olan rəsmilərin üzvlüyünü ləğv edəcək. Sportnet.az-ın məlumatına görə, artıq klubun idarə heyəti məsələ bağlı işə başlayıb.
İlkin siyahıda 14 nəfərin adı qeyd olunub. Həmin üzvlərin tribunalara abunəlik bileti almağının da qarşısı alınacaq.