1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA "Qəbələ"nin tarixi nailiyyətini qeydə aldı
UEFA Avropa Liqasının qrup mərhələsinin rekordları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, qitə futbol qurumu 2009-2010-cu ildən indiki formatda keçirilən turnirin qrup mərhələsində müxtəlif göstəricilərdə fərqlənənlərin siyahısını tərtib edib. UEFA-nın rəsmi saytında dərc olunan məlumatda arxada qalan son 7 mövsüm, həmçinin 2016-2017 mövsümündə qrupda mübarizə aparacaq klublarla bağlı faktlar əksini tapıb.
"Qəbələ”nin I təsnifat mərhələsindən mübarizəyə başlayıb, qrupa qədər irəliləməsi də UEFA-nın diqqətindən yayınmayıb. Rəsmi sayt 2009-cu ildən indiyədək bu yolu qət edən bütün klubların siyahısını açıqlayıb. "Qəbələ” cari mövsüm bunu bacaran iki komandadan biri kimi tarixə düşüb. "Qırmızı-qaralar” turnirin tarixində 8-ci belə uğurun müəllifi olub.
Belə ki, 2009-cu ildən indiyədək yalnız 8 dəfə bir klubun 4 mərhələ keçib, qrupa yüksəlməsi qeydə alınıb.
Ötən mövsümdə də eyni nailiyyətə imza atan Roman Qriqorçukun yetirmələri 2 dəfə 4 mərhələ keçməklə Norveçin "Rusenborq” klubuna məxsus rekordu da təkrarlayıb. Skandinaviyalılar 2012-2013 və 2015-2016 mövsümlərində I təsnifat mərhələsindən qrupa qədər irəliləyib. Lakin "Qəbələ”ni Tronheym təmsilçisindən fərqləndirən odur ki, "qırmızı-qaralar” ardıcıl 2 mövsüm belə yol qət edib. Bu iki klubdan başqa, İngiltərə "Fulhem”i (2011-2012), Hollandiya "Tvente”si (2012-2013), Norveç "Tromse”si (2013-2014) və İsrailin Təl-Əviv "Makkabi”si (2016-2017) 4 mərhələ adlayıb.
Xatırladaq ki, "Qəbələ” ötən mövsümdə "Dinamo” Gürcüstan (1:2, 2:0), "Çukariçki” Serbiya (0:1, 2:0), "Apollon” Kipr (1:1, 1:0), "Panatinaikos” Yunanıstan (0:0, 2:2), cari mövsümdə isə "Samtredia” Gürcüstan (5:1, 1:2), MTK Macarıstan (2:1, 2:0), "Lill” Fransa (1:1, 1:0) və "Maribor” Sloveniya (3:1, 0:1) ilə oyunlardan sonra mərhələ adlayıb.