Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”a 1:2 hesabı ilə məğlub olan Avsriyanın "Zalsburq" klubunun futbolçusu Andreas Ulmer 1:2 hesablı məğlubiyyətə görə üzgün olduğunu bildirib. Oyundan sonra Sportnet.az-ın danışan müdafiəçi oyunun ağır keçdiyini söyləyib.
29 yaşlı futbolçu bunları deyib: "Oyun düşündüyümüzdən də ağır keçdi. "Qarabağ” yaxşı komandadır və bunu sübut etdi. Burada bir qol vurmuşuq. Cavab oyununda sərfəli nəticə əldə etsək, bu mərhəələni keçə bilərik. Rəqibimizi təhlil etməyə çalışdıq. İkinci oyunda bu işimizə yarayacaq. Xüsusi ilə də "Qarabağ”ın əsas oyunçularının gələn oyunu buraxması işimizə yaraya bilər”