Futbol üzrə Azərbaycan I Divizionunda yeni legioner limiti 2017-ci il yanvarın 1-dən tətbiq ediləcək. Sportnet.az-ın məlumatına görə, qərar Peşəkar Futbol Liqasının federasiyaya müraciətindən sonra verilib.
Yanvaradək 6+4+1 (6 legioner, 4 yerli və 1 yerli 1994-cü il rəvəllüdlü və daha gənc təvəllüdlü) sistemi tətbiq olunacaq.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi son iclasında aşağı dəstədə heyətin 5 yerli futbolçu (təvəllüdü 1994-cü il və sonra), 4 yerli futbolçu yaş məhdudiyyəti olmadan və 2 legioner olmaqla müəyyənləşdirilməsinə qərar verib.










































































