1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Messi növbəti dəfə tənqid hədəfinə çevrildi
Lionel Messi növbəti dəfə Argentina mediasının tənqid hədəfinə tuş gəlib. Sportnet.az-ın məlumatına görə, təniqdlərə səbəb ulduz futbolçunun Venesuela ilə (2:2) matçda iştirak etməməsidir.
Belə ki, Messinin zədəsi olduğundan millinin baş məşqçisi Edqardo Bausa onun "Barselona"nın düşərgəsinə qayıtmasına icazə vermişdi. Son məlumata görə futbolçu məşqlərə başlayıb və "Alaves"lə matçda iştirak edə bilər. O, Primeranın 3-cü turunda keçiriləcək bu oyuna çıxmaq üçün əlindən gələni edir. Amma Argentinada bu xəbərə reaksiya birmənalı olmayıb. Bəziləri hesab edir ki, argentinalı ulduz "Alaves"ə qarşı oynasa, onun davranışı rüsvayçılıq olacaq.
Qeyd edək ki, Messi qasıq nahiyəsindəki ağrıdan şikayətlənsə də, tibbi müayinə onun ombasında yüngül zədə olduğunu aşkar etmişdi.