1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Fənərbağça" qəbiristanlıqda futbol oynadı
Türkiyənin "Fənərbağça" və İngiltərənin "Şeffild Yunayted" klubları arasında yoxlama oyununun keçirildiyi stadion əvvəllər qəbirstanlıq olub. Sportnet.az-ın məlumatına görə, "sarı-lacivərtlilər"lə səfər yollanan türkiyəli idman yazarı Alaattin Metin bu barədə danışıb.
Metin baş məşqçi Ersun Yanalla məskunlaşdığı otelin yanındakı stadionda gəzərkən İngiltərə klubunun türkiyəli idarəçisi Selahattin Bakinin onlara yaxınlaşdığını və bu barədə danışdığını deyib: "Bunu eşidəndə təəccübləndim, inanmadım. Başqa adamlardan da soruşdum və hamısı eyni cavabı verdi. "Fənərbağça"nın oynadığı "Bramall Lane" stadionun üstü ot örtüyü, altı isə qəbiristanlıqdır. Hətta stadionun yanındakı muzeyin müdürü də öz valideynlərini burada dəfn edib."
Türkiyəli yazar daha sonra bunun necə baş verdiyini öyrənib və oxucuları ilə paylaşıb: "Şeffild Yunayted"i sevən, onunla yaşayan xeyli azarkeş vardı. Onlar öldükdən sonra stadionda dəfn edilmələrini vəsiyyət ediblər. Bu səbəbdən həmin azarkeşlər öldükdən sonra onlar yandırılır və külləri meydançdada çuxur qazaraq ora tökürlərmiş. Üstəlik bu qəbiristanlıq də dəfn olunanların yaxınlarından heç bir ödəniş alınmayıb. Ölənlərin külləri ot örtüyünün ən az 20 sm dərinliyində yerləşir. Üstəlik rəhbərlik bunu bilsə də, Türkiyədən gələn futbolçuların duyğusal hərəkət etmələrindn qorxan nümayəndələr bunu onlardan gizlətdi".