1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avrokuboklar tarixinin ən erkən qolu Bakıda vuruldu - VİDEO
Futbol üzrə Avropa kuboklarında ən erkən qol rekordu Bakıda yenilənib.
Sportnet.az-ın məlumatına görə, bu, Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da "Qarabağ"la Çexiya "Slovan"ı arasında keçirilən ilk tur matçında qeydə alınıb.
9-cu saniyədə hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qol müəllifinə çevirilib.
Bunadək Avropa Liqasında ən sürətli qol 2015-ci il martın 12-də İspaniyanın "Sevilya" və "Vilyarreal" klubları arasında keçirilmiş 1/8 final mərhələsinin ilk görüşündə vurulub. Həmin qolun müəllifi ispaniyalı yarımmüdafiəçi Peres Viktor (Vitolo) olub.
Avropa kuboklarında isə rekordun müəllifi Almaniya "Bavariya"sının sabiq hücumçusu Roy Makaya məxsus olub. O, 2007-ci il martın 7-də İspaniya "Real Madrid"i ilə Çempionlar Liqasının 1/8 final matçının 10-cu saniyəsində fərqlənib.